Leqal.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bugünkü açıqlamasını şərh edərkən deyib.
O qeyd edib ki, Aİ-nin ən ali nümayəndəsinin Gürcüstan xalqının iradəsini tanımaması və ona qarşı çıxması çox ciddi və rüsvayçı hadisədir.
Qeyd edək ki, Kaya Kallas Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləmək istədiyini bildirib.
Leqal.info