Statistikaya nəzər salsaq görərik ki, xeyli sayda körpə, uşaq ölümü ilə nəticələnən hadisələr baş verib.

Leqal.info xəbər verir ki, Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi “İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun“ layihəsi hazırlayıb. Hansı ki, həmin sənəd də evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb olunması əksini tapır. Hazırda İnzibatı Xətalar Məcəlləsində valideyn məsuliyyətsizliyi ilə bağlı yalnız bir qərar var. Həmin qərara əsasən valideyn uşaq tərbiyəsinə lazimi qədər diqqət yetirmədikdə cərimələnir. Bu məbləğ 40manat nəzərdə tutulur. Hazırlanan layihədə uşağın sağlamlığı, təhlükəsizliyi və tərbiyəsi nəzərdə tutulur. Uşaq evdə bağlı qapı arxasında və ya valideyn məsuliyyətsizliyi nəticəsin də uşağa zərər dəydikdə birinci dəfə valideyn cərimələnir. Bu hal təkrarlandıq da isə valideynə xəbərdarlıq edilir.
İt dişləməsi, ilan sancması təsadüf hadisə sayılsada,uşağın dənizdə boğulması, ətçəkən maşında əli qalması, çayda batması, boğazının yellənçəyin ipinə dolaşıb boğulması, sellofon udması bu kimi digər hallar isə valideyn ehtiyatsızlığı nəticəsində baş verir.
Valideyn olmaq çox məsuliyyətli və bir o qədərdə şərəfli hissdir. Məsələ heç də dünyaya uşaq gətirməkdə deyil. Məsələ, dünyanı uşağa verməkdədir. Dünyanı vermək dedikdə uşağa pulla əldə oluna biləcəklər nəzərdə tutulmur. Hər şeydən öncə uşağa vicdan, ləyaqət, mərdlik, dözüm, hikmət, səbr, mərhəmət hislərini aşılamaqdır. Daha sonra isə nümunəvi davranışlar, ədəb, tərbiyə, düzgünlük. Bir sözlə uşaqlar hər zaman valideynin öhdəliyindədir. Yəni uşağın başına bir hadisə gəldikdə binmənalı olaraq valideyn cavabdeh olaraq məsuliyyət daşıyır. Çünki, körpələr öz israrları ilə dünyaya gəlmirlər, onlara bu həyatı valideynləri bəxş edir.
Bəzən valideyn uşağını oynamağı üçün həyətə yollayanda onları nəzarətsiz qoyurlar. Bu isə maşın qəzalarında ölən uşaqların sayını gündən-günə artırır. Lakin bədbəxt hadisələr bununlada kifayətlənmir. Uşaqların bir digər maraqları da pəncərədən boylanıb baxmaq olur və bu zaman dərk etmədiyindən baxarkən ayağı büdrəyib yıxılmasına səbəb olur.
Əslində, azyaşlı uşaq olan evdə hər bir şərait ona uyğunlaşdırılmalıdır. Buna misal olaraq elektriklə işlənən avadanlıqları açıq və nəzarətsiz saxladıqda uşaqda maraq yaranır. Bu isə kiçik yaşlı uşaqlarda ehtiyatsızlıq və ya diqqətsizlikdən irəli gəlir. Nisbətən böyük yaşlı uşaqlar da isə məlumatsızlıq ucbatından baş verir.
Valideyn ehtiyatsızlığının digər biri də, valideynlər söhbətə fikri yayınır və ya telefona,televizora məşğul olduğundan uşaq nəzarətsiz qalır. Uşaq isə marağını cəlb edən işi edir. Bu səbəbdəndən də bir sıra qəzalar baş verir.
Dənizə gedərkən uşaqlarımıza xüsusi nəzarət də saxlamalıyıq. Diqqətdən kənar qaldıqda uşaq suda irəlilədikcə su onu aparacaq uzaqlara və nəticə də boğularaq dünyasını dəyişəcək.
Daha bir valideyn diqqətsizliyinə misal olaraq 9 yaşlı uşağın nə az, nə çox düz 25 ədəd sellofon torba udmasını göstərmək olar. Valideyn uşağa kəskin mədə ağrılarından sonra fikir vermiş və bölgədən Bakıya çatdırmışdır. Bu kimi halların sayı hesabı yoxdur.
Əvvəllər Sovetin vaxtında uşaqlar məktəbdən sonra dərnəklərə cəlb olunurdu. Yəni dərsdən sonra uşağın boş vaxtı olmurdu. İndi isə uşaqlar dəsrdən çıxıb birbaşa evə qayıdırlar. Valideynlərin hər ikisi işdə olduqda uşaq evdə tək qalmaq məcburiyyətində qalır. Bu halda evdə tək, qorunmasız qalmış uşağın başına hər cür hadisə gəlməsi qaçınılmazdır.
Gəlin uşaqlarımızı qoruyaq, çünki, onlar bizim gələcəyimizdir. Əksəriyyət ailələr uşaq dünyaya gətirmək üçün xaricə üz tutur. Bir qismi illərlə malicə alır. Bunlara baxmayaraq uşaq sahibi ola bilmirlər. Lakin uşağı olan valideynlər əksər hallarda övladlarının qədrini bilmirlər Sahib olduqlarının dəyərini anlamırlar, anladıqda isə gec olur. Valideynlərin borcudur ki, dünyaya gətirdikləri körpələrini qoruyub, onları nəzarət də saxlasınlar. Ən azından onlar bizim parlaq gələcəyimizdir.

Elnurə Fərhadqızı