Leqal.info olaraq mövzu ətrafında araşdırma aparsaq bir sıra qanunsuz halların şahidi olarıq. Bəzi mağazalarda, marketlərdə xüsusi ilə bu hallar baş alıb gedir. Nəzər saldıqda çox aydın şəkildə görmək mümkündür ki, market sahibləri yararlılıq müddətinə az müddət qalmış məhsulları endirim kompaniyası adı altında vətəndaşlara sırıyırlar. Birini alana 2-cisi hədiyyə, 4-ün alana 5-ci pulsuz... Bu reklamlarla özlərinə müştəri cəlb edən mağaza sahibləri yararlılıq müddəti bitmiş məhsulların satışına nail olurlar. Bir digər məqam isə bəzi fırıldaqçılardan əlavə bu yolu başqa məqsəd üçün istifadə edənlərdə var. Məsələn, bəzi böyük həcimli marketlərdə bu rast gəldiyimiz, birini alana ikincisi pulsuz kompaniyasından o məqsədlə istifadə edirlər ki, məhsullarının hamısı satılsın ki yeni məhsul alıb vitrinlərə yerləşdirsin. Bu hal demək olar ki, bütün mağaza, marketlərdə rast gəldiyimiz hadisədir.
Vaxtı keçmiş məhsullarla ən çox da məhəllələr arası mağazalarda, marketlərdə rastlaşırıq. Çünki diqqət mərkəzində olmayan müəssisələr istədikləri şəkildə həmin mağazanı idarə edirlər. Təki mağazanın məhsulları satılsın vitrinlərdə yerlər boşaltmaq məqsədi ilə vaxtı keçib və ya keçmiyib heç önəmli deyil onlar üçün.
Bəzən elə də olur ki, mağaza sahibləri həmin vaxtı keçmiş məhsulun alınması məqsədi ilə digər bir yola əl atırlar. Məsələn çayın, makaronun, vaxtı keçdiyi halda həmin məhsulun satılması məqsədi ilə yanında hədiyyə olaraq çaynik, qaşıq, stekan, qazan və s. verilir. Xüsusi olaraq çayniki çayla birlikdə qablaşdırıb müştəriyə təqdim edirlər. Qaranlıq qalan məqam ondan ibarətdir ki, mağaza sahibini bu hədiyyə kompaniyalarından əldə etdiyi xeyr olmasa o bu yola əl atar? Biraz mübahisə doğuran məsələ olduğundan hələdə cavabı tapılmayaraq qaranlıq qalır bu hal.
Bəzi hallarda müştərinin xeyrinə olan məsələ ondan ibarətdir ki, məsələn 3 manata olan makaron, 10 manata olan qazan bunlar birlikdə qablaşdırılaraq endirimlə, hədiyəli birlikdə 6, 7 manata satışa buraxılır. Bu isə alıcının cibinə uyduğu üçün bu hal ona sərf edir və həmin məhsullar hamısı alınır demək olarki. Lakin bir yandanda bu sağlamlığımıza ciddi şəkildə zərər vurmuş olur. Həmin o köhnə makaron yararlılıq müddəti bitdiyi üçün satışa bu məqsədlə bəzənərək buraxılıb . Bunun fərqinə varıldıqda isə müştəri görür ki, sağlamlığına ciddi ziyan dəyib.
Həmçinin həmin hədiyyəli satışa buraxılmış məhsullara nəzər saldıqda şahidi olarıq ki, keyfiyyət, təhlükəsizlik göstəricilərini müəyyən edən, uyğunluq və gigeyenik sertifikatı olmadan satışa buraxılmış xeyli sayda konservləşdirilmiş balıq, göbələk, lobya, noxud , ət məhsullarının şahidi olarıq. Bu da onu göstərir ki, həmin məhsullar hər hansısa kustar üsulla zirzəmi, obyektlərdə satışa qeyri-qanuni hazırlandığından o məhsulların uyğunluq və gigiyenik sertifikatları yoxdur.
Hər bir vətəndaşın hüququdur ki, məhsulun buraxılma, bitmə tarixinə nəzər salsın . Lakin oxunmadıqda geri qaytarmaq qeyri-mümkünsüzdür. Çünki, satıcı vətəndaşla məhsulu alarkən yaxşı davranır. Geri qaytarmaq istədik də isə razılaşmır, kobud şəkildə davranır. Yalnız vətəndaşın hüququdur ki, aldığı süd məhsulunun üzərində yararlılıq müddətinin göstərildiyi tarix oxunmaz vəziyyətdə olduğunu görməyib evə alıb aparıb sonra qaytarırsa həmin məhsulu, bu onun haqqıdır.
Digər bir faktıda sizin diqqətinizə çatdırmaq istərdik. Marketlərdən hər həftə “vazvrat” mallar yığılaraq geri qaytarıldığının şahidi olmuşuq. Bəs yaxşı bu məhsullar geri qaytarıldıqda həmin müəssisədə bu məhsulların aqibəti nə yerdə qalır? Bax bu ciddi narahatlığa səbəb olacaq bir məsələdir. Standartlaşdırma üzrə Dövlət Nəzarət Komitəsi bu halı ciddi nəzarətinə götürmüş və bir neçə məssisə bağlanmışdır. Həmin müəssisələrin bağlanmasına səbəb isə həmin “vazvrat” məhsulların istifadə müddətindəki tarix silinərək yenidən qablaşdılaraq istifadəyə buraxılır. Bu isə əsl xəstəlik, təhlükə mənbəyidir. Bu səbəbdəndir ki, indi kimi dindirsən mədə, bağırsaq, zəhərlənmə bu kimi hallardan zərər çəkdiyinin şahidi olarıq.
Market və mağazalarda istifadə müddəti bitmiş məhsullara, ən əsas da süd, konservləşdirilmiş məhsullara ciddi nəzarət olmalıdır. Satıcıların vəzifsi olmasına baxmayaraq bu işə qeyri-ciddi yanaşılaraq heç fikir vermirlər. Ən azından fikirləşmirlər ki, həmin süd məhsulu, yoqurt bu kimi digər məhsulları əsasən uşaqlar istifadə edirlər. Odur ki, satıcılarla yanaşı bu məsələyə ciddi nəzarəti mağaza sahiblərinin boyununa düşür. Çünki məsuliyyət onlardan asılıdır. Sabah, o biri gün həmin istifadə müddəti bitmiş məhsuldan alıb qidalanan vətəndaşa nəsə olduqda bunun birinci günahkarı mağaza sahibi olacaqdır.
Demək olar ki, televiziya xəbərlərinə nəzər salsaq, şahidi olarıq ki, bu məsələ diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, bir sıra müəssisələr, kustar üsullardan istifadə etmiş sexlər günü gündən araşdırılaraq, işlərinin üstü açıldığından bağlanır. Həmin yararsız məhsulları Dövlət Nəzarət Komitəsi tərəfindən aktlaşdırılaraq istifadəyə qadağa qoyulur.
Sonda onu da qeyd etmək istərdik ki, əgər istifadə müddəti bitmiş məhsullara mağaza sahibləri ciddi baxmayaraq nəzarət etməkdən boyun qaçırırlarsa, biz cəmiyyət olaraq özümüz öz sağlamlığımızın qeydinə qalaq. Aldığımız məhsulun istifadə müddətinin bitməsi tarixinə, məhsulun etiketinə, harda istehsal olunmasına fikir verək. Əgər vitrində vaxtı keçmiş məhsula rast gəlsək, öz iradımızı mağaza sahibinə bildirək. Sağlamlığımız üçün ciddi təhlükə mənbəyi olmuş vaxtı keçmiş məhsullara ciddi nəzarət edək.
Leqal.info Xəbərlər şöbəsi