Hər kəs asudə vaxtlarında telefon, televiziya, internet, qəzet, jurnal və s. baxmaqla başını qatmağa çalışır.

Leqal.info xəbər verir ki, əksəriyyət kütləsi evdar xanımlar təşkil etdiyi televiziya proqramları məlum məsələdir ki, baxımlı olması üçün əllərindən gələni edir. Kimisində bu uğurlu alınır kimisində isə uğursuz alınaraq verliş və ya telekanal bağlanması ilə nəticələnir. Ümumiyyətlə bu reytinq məsələsi kal armud olub ilişib qalıb telekanalların boğazında desək yanılmarıq. Hansı səviyyəsiz verlişi qaldırırsan altından yüksək reytinq çıxır. Bu baxımdan güclü rəqabət gedir verlişlər arasında. Hansı efiri açırsan eyni simalar, eyni müğənnilər, eyni formatlı verlişlər. Nə qədər təkrarçılıq olar axı? Haqlı olaraq insanlar da bezir bu vəziyyətdən. Kimisi ağlamalı, kimisi isə çal-çağırlı verlişlərlə hədəfi reytinq tutmaqdır. Tamaşaçının zövqünün bu tip verlişlər olduğunu düşünürlər. Daha fikirləşmirlər ki, səviyyəli bir proqramlarla insanları özlərinə cəlb etsinlər. Lakin onu da nəzərə almalıyıq ki, həmin maraq birbaşa insan psixologiyası ilə bağlıdır. Adətən məlum səbəbdən ictimai müzakirəsi qəbul olmuyan mövzular daha çox üstünlük təşkil edir. Kiminsə ailə problemini açıb qabarıq şəkildə müzakirəyə qoyanlarda əslində heç özləri normal ailəyə, əxlaqa, tərbiyəyə sahib şəxslər deyil. Tənqid olunası tərəfləri çox olmasına baxmayaraq televiziya verlişlərinin əksəriyyəti də insanların maariflənməsi, dünyagörüşünün artmasına səbəb olur.
Hər hansısa səbəbdən uzun illər ayrı düşənlərin qovuşmasına, ailələrin dağılmasina yol açan faktları aradan qaldırmağa yardımçı olmağa, küsülülərin barışmasına, işsiz vətəndaşların işlə təmin olunmasına bu kimi halların daha çox göz önündə olması müsbət bir haldır. O ki, qaldı toy mahnılarıyla, hansısa müğənninin villasının, maşının, həyatının reklamına bu yol verilməz hal olduğuna bəzi telekanallar heç əhəmiyyət vermir. Bu cür sosial tərkibli verlişlərin təşkil edəcəklərinə, lakin bu bayağı verlişlər daha çox üstünlük təşkil edir. Nəyə görə Rusiyanın birinci telekanalında sms-lə hansısa xəstə uşağa maddi yardım lazım olduqda bu kanal vasitəsi ilə 1-2 dəqiqəlik ciddi bir süjet hazırlanır. Nəticədə milyonlarla pul toplanır. Bizim telekanallar isə sms-lə toylar kralını, nömrə 1, xalqın artistini seçirlər. Sms-lərin isə müəyyən miqdarda pul olduğu, kimin cibinə getdiyi heç kəsə məlum deyil.
Gündəmi zəbt etmiş “qara dərili xanım”-la kanal xeyli reytinq qazanmış oldu, əvvəlcə isə həmin xəbərləri qoca yaşlı kişi ilə bir gənc xanım aparmasıda diqqət mərkəzində idi. Əksər kanallar isə reytinqi qalmaqal, şou yaratmaq, şpakat aşmaq, qışqırmaq, həmsöhbətinə hörmətsiz hərəkətlə diqqəti cəlb edərək bütün gündəmi zəbt edirlər. Həmin verlişlərə ekspert qismində vəkil, psixoloq, həkim, şair, din xadimi əyləşdirib lakin bütün verliş boyu o ziyalı insanların söz deməsinə macal vermirlər. Bu isə qonaq çağırılmış ziyalı şəxslərə böyük hörmətsizlik kimi qəbul olunur. Elə aparıcılarımız da var ki, kimsə nəsə danışmağa başladıqda sözün yarımçıq kəsərək müğənni ilə birgə yersiz hərəkət sərgiləyirlər.
Bizim telekanalların ən çox üstünlük təşkil etdiyi məsələlərdən biri isə xarici telekanalların ən reytinqli, ən baxımlı olan verlişlərini oğurlayıb eynisini bizdə hazırlayıb efirə buraxmaq. Lakin bu o qədəd də uğurla nəticələnmir.
Bir məsələyədə toxunmaq istərdik. Verlişlərlə yanaşı seriallarımız ondan açınacaqlı vəziyyətdədir. Bizim seriallarımız daha çox süni, qeyri-səmimi, küçə danışığı ilə danışaraq maraqsız, bezdirici olmasıdır. Bu səbəbdən də tamaşaçıların əksəriyyət qismi demək olar ki, serialların heç birinə baxmayıb üstünlüyü türk, rus, braziliya seriallarına üstünlük verirlər. Əvvəllər seriallarımız yox səviyyəsində idi. Son zamanlar dövlət tərəfindən pul ayrılaraq Milli Televiziya və Radio Şurasına verilərək seriallara maliyyə dəstəyi olunur. Lakin buna baxmayaraq bu dəstək boşa sərf olunur desək yanılmarıq. Çünki, baxımlı auditoriya kütləsi yoxdur. Olmaz ki, maraqlı senari əsasında baxımlı bir serial ərsəyə gətirilə?
Nəzərinizə bir digər məqamıda çatdırmaq istərdik. Hansı kanalı açırsan yemək kanallarına rast gəlirsən. Heç peşəkar bacarığı olmayan müğənni, aparıcı fərq etmir hərə özündən bir yemək uyduraraq xeyli çeşiddə yeməklər bişirir. Yağla qızardılmış yeməkləri efirdə təbliğ edir. İnsanlarsa bu fikirdən yararlandıqda sağlamlığına zərər gəlmiş olur. Bu məsələyə Prezident İlham Əliyevdə öz iradını bildirməsinə baxmayaraq telekanallar buna əhəmiyyət vermirlər.
Son zamanlar hamıya məlumdur ki, Milli Televiziya və Radio Şurası bayağı verlişlərə, davranışlarına, danışıqlarına fikir verməyən aparıcalara ciddi nəzarətində saxlayır. Bu diqqətin nəticəsidir ki, bir sıra verlişlər bağlanmaqla yanaşı, həmin aparıcılarda kanaldan uzaqlaşdırılmışdır. Buna misal olaraq, Xoşqədəm, Mikayıl, Zaur, Elgiz və s. göstərmək olar.
Nəzərinizə çatdıraq ki, telekanallarımızda uşaq verlişləri, tərbiyyəvi səpkidə cizgi filmlər demək olar ki, heç yoxdur. Yaxşı olardı ki, bu fikri göz önünə gətirilərək diqqətdə saxlanıla və bu yönümdə təbliğ oluna.
Sonda onu da qeyd edək ki, tamaşaçıları narahat edən digər mövzuları qeyd etmədik, ama çalışdığımız qədər əsas göz önündə olanları qeyd edək.

Elnurə Fərhadqızı