Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanunda bir sıra dəyişikliklər öz əksini tapıb.

Leqal.info xəbər verir ki, onlardan biri də pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlıdır.
Qanuna əsasən, uşaqlara qarşı cinsi istismar yaxud zorakılıqla əlaqədar cinayətə görə məhkum edilmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Həmçinin ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanlar öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, eyni zamanda özünü müdafiə vasitələri haqqında məlumatla təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə aid ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadənin əmələ gətirdiyi hallara məxsusi diqqət yetirilir. Bu cür məlumatların təqdim olunmasına yetkinlik yaşına çatmayanların valideynləri yaxud digər qanuni nümayəndələri cəlb oluna biləcəklər.
Elvin Mahmudlu
Leqal.info