Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Lex” (Polşa) üzərində parlaq qələbəsi (5:1, ilk oyun 0:1) komandanın sabiq futbolçularının da sevincinə səbəb olub.

“Leqal.info” Qol xəbər verir ki, Ağdam təmsilçisinin mərhələ adlaması ilə nəticələnən bu oyundan sonra “Qarabağ” klubunun rəsmi İnstaqram səhifəsi paylaşım edib. Paylaşıma Ansi Aqolli, Mahir Emreli, Uroş Matiç, İbrahim Şehiç dərhal reaksiya veriblər.