“Leqal.info” xəbər verir ki, liqada Ağdamın “Qarabağ” klubunun potensial rəqibi də müəyyənləşib.
Belə ki, Çempionlar Liqasının II raundunda “Sürix”lə qarşılaşacaq “Qarabağ” İsveçrə klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.