Uels millisinin yarımmüdafiəçisi Qaret Beyl Çinlə keçirilən yoldaşlıq oyununda (6:0) het-trik edib.

Qol.az-ın xəbərinə görə, bununla da Beyl millinin ən yaxşı bombardiri olub. “Real”ın futbolçusunun aktivində 29 qol var.

Qeyd edək ki, buna qədər millinin ən yaxşı bombardiri 28 qolla İan Raş idi.