Moskvanın Basmannı məhkəməsində keçirilən jurnalist Aleksandr Nevrozovun cinayət işi üzrə məhkəmə prosesində prokuror Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunan jurnalistə qiyabi olaraq 9 il həbs cəzası istəyib.

Leqal.info xəbər verir ki, eyni zamanda dövlət ittihamçısının məhkəmədən Nevrozovun dörd il müddətinə internet saytları və başqa resurslardan istifadə etməsinə qadağa qoyulmasını xahiş etdiyi məhkəmə prosesi ittiham olunan şəxs olmadan keçirilir. Sözügedən prosesdə Nevrozovun maraqları vəkili tərəfindən təmsil olunur.
Xatırladaq ki, Nevrozovun beynəlxalq axtarışı keçən ilin aprelində başlayıb, may ayında isə jurnalist haqqında Basmannı məhkəməsi tərəfindən qiyabi həbs qərarı çıxarılıb.
Leyla Kamil
Leqal.info