Leqal.info xəbər verir ki, Sarısu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluğu törədənlər- Şəmkir rayon sakinlər –Elgün Məmmədov, İlkin Kamalzadə, Xəyal Əliyev və Goranboy sakini Şükür Babayev saxlanılıb. İlkin sorğu əsnasında bəhsi keçən şəxslər dəmir körpünü satmaq məqsədilə oğurladıqlarını etiraf ediblər. Maddi sübutlarla birlikdə saxlanılan şübhəli şəxslər istintaqa təhvil verilib, faktla əlaqədar Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam edir.
Elnurə Fərhadqızı
Leqal.info