Leqal.info xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar zamanı 2022-ci il sentyabr-oktyabr ayları ərzində sözügedən evdən 24.000 ABŞ dolları, 3.000 manat və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Nurlan Məmmədov oğurluq əməlini etməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Elnurə Fərhadqızı
Leqal.info