Dövlət Statistika komitəsi tərəfindən 2022-ci il ərizində 36494 cinayət hadisəsi qeydə alındığı açıqlanıb.

Leqal.info xəbər verir ki, keçən il əhalinin hər 100 min nəfərinə 361 cinayət hadisəsi düşüb, onların 59, 6 %-i az ağır, 23,8 %-i böyük ictimai təhlükə törətməyən, 16,6 %-i ağır və xüsusilə ağır cinayətlərdir.
Cinayətlərin strukturunda 14500 hadisənin iqtisadi sahədə, 15142 hadisənin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 5388 hadisənin şəxsiyyət əleyhinə, 1443 hadisənin dövlət hakimiyyəti əleyhinə olan (onlardan 487 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər, 21-inin isə digər cinayətlər olduğu bildirilib.
Elnurə Fərhadqızı
Leqal.info