Leqal.info xəbər verir ki, rayonun Sığırlı kənd sakini Sarvan Sərdərova məxsus evdə güclü yanğın baş verib. Hadisə nəticəsində fərdi yaşayış evi və talvarın bir hissəsi yanıb. Hadisə yerinə FHN-nin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info