Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, Cəlim Mehdiyev idarə etdiyi avtomobillə piyada 1973-cü il təvəllüdlü Bikə Cəbrayılovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info