Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin musiqi müəllimi işdə ölüb.

Leqal.info xəbər verir ki, 1984-cü il təvəllüdlü Günel Hüseynova işdə olarkən qəfil səhhəti pisləşib.

O, xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info