Milli Məclisin İqtisadi siyasət, sənaye və sakibkarlıq komitəsinin bugünkü iclasında deputat Rüfət Quliyev dərmanlarla bağlı danışıb:
“Dərmanlarla bağlı böyük problem var. Təklif edirəm ki, Türkiyənin böyük şirkətləri Azərbaycana dəvət olunsun, burada dərman istehsal etsinlər”.


“Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Lakin bu ola bilər ki, 1 ilə kimi vaxt aparsın. İnsanlar 1 ilə kimi dərmanlarla bağlı nə etsinlər? Bu gün dərmanı gedirsən 1 manata alırsan, ertəsi gün olur 1,15 manat. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq ki, “Nə etmək istəyirsiniz?”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla Tarif Şurası və dərman şirkətləri məşğul olur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyyən qədər dövlət tərəfindən tənzimləmə olsun” deyə deputat vurğulayıb.
Leyla Kamil
Leqal.info