Leqal.info bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində söyləyib.
"ABŞ nə edir? Onlar zaman keçdikcə daha çox yeni ittifaqlar yaradırlar. Bu da Qərb analitiklərinə, Qərb politoloqlarına deməyə əsas verir ki, Qərb yeni "ox"lar qurur", - deyə Putin vurğulayıb.
O qeyd edib ki, Şimali Atlantika alyansının yeni strateji konsepsiyası açıq şəkildə Asiya-Sakit okean regionu ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi planlarından və “qlobal NATO” yaratmaq niyyətindən bəhs edir. “Qərb analitiklərinin özləri - biz yox, onlar deyirlər ki, Qərb hələ 1930-cu illərdə Almaniya və İtaliyadakı faşist rejimlər və militarist Yaponiya tərəfindən yaradılmış "ox"а bənzər yeni "ox"u qurmağa başlayır”, - deyə Rusiya dövlət başçısı bildirib.
Elvin Mahmudlu
Leqal.info