Leqal.info xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında MDB PA haqda Konvensiyanın denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiq edən qətnamə qəbul edib.
Sözügedən qərarın qəbulundan sonra ölkənin MDB PA-dan çıxmasına dair sazişin qanun layihəsinə parlamentdə baxılacaq. Konvensiyanın denonsasiyası haqqında qanuna parlamentdə baxılmalı və qəbul edilməlidir.
Leyla Kamil
Leqal.info