Türkiyə tərəfi özünə məxsus "S-400" zenit-raket komplekslərini hər hansı ölkəyə vermək niyyətində deyil.

Leqal.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər “CNN Türk” telekanalının efirində deyib.

Jurnalist müdafiə nazirindən Kiyevin HHM sistemlərinin Ukraynaya verilməsi xahişi ilə Ankaraya müraciət edib-etmədiyini soruşub.

"S-400"-ləri kiməsə vermək fikrində deyilik”, - nazir cavabında bildirib.

Leqal.info