Sumqayıtda ağır yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonuda, Zülfi Hacıyev küçəsində baş verib.

“Lada Priora” markalı avtomobillə velosipedçi vurulub.

Velosipedçi - 1950-ci il təvəllüdlü Həmid Cəfər oğlu Cəfərov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info