Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya parlamentinin sədri Ana Brnabiç, Baş nazirin müavini və daxili işlər naziri İvitsa Daçiç və respublikanın xarici işlər naziri Marko Djuriç ilə telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Dialoq zamanı tərəflər Kosovo probleminin həlli, Bosniya və Herseqovina və onun ətrafındakı vəziyyəti müzakirə ediblər.

“Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1031 və 1244 saylı fundamental qətnamələrinə etibar etməyin zəruriliyinə dair anlayış sərgiləndi”, - nazirlik qeyd edib.

Leqal.info