Leqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Kreml əmindir ki, münasibətlər bərpa edildikdən sonra Rusiya və ABŞ-ın bir çox qarşılıqlı faydalı layihələri ola bilər.
Putinin sözçüsü həmçinin qeyd edib ki, ABŞ hələlik Rusiya neft və neft məhsullarının satışına icazələrin uzadılması ilə bağlı heç bir açıqlama verməyib.
Leqal.info