Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, bu günə qədər isə ümumilikdə 4 442 244 test icra olunub.