Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 477 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib. 27 140 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 331, bu günə qədər isə ümumilikdə 4 790 724 test icra olunub.