Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib. 21 957 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, bu günə qədər isə ümumilikdə 4 830 338 test icra olunub.