Məktəblilərin qış tətili günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.
Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.