Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun açıqlamasına əsasən, növbəti sertifikatlaşdırma prosesinə yay aylarında başlanılması nəzərdə tutulur.

“Bu il sertifikatlaşdırmadan keçməyən ibtidai sinif müəllimləri, həmçinin riyaziyyat müəllimləri prosesə cəlb olunacaq”.
Leqal.info bildirir ki, keçən il sertifikatlaşdırmadan keçən 11 mindən çox ibtidai sinif müəlliminin nəticələrinə müvafiq olaraq əmək haqlarına əlavələr edilib.
Elvin Mahmudlu
Leqal.info