Ehtiyatda olan zabit, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan həmyerlimiz Rəşad Həsənov vəfat edib.

Leqal.info xəbər verir ki, xeyi vaxtdır Rusiyada yaşayan R.Həsənov koronavirusdan dünyasını dəyişib.

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Rəşadın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, son günlərdə Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlıların koronavirusa yoluxması və ölüm halları ilə bağlı məlumatlar var.