Goranboyda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında baş verib.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Hamlet Rəhimov və onun anası 1967-ci il təvəllüdlü Məhbubə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info