Son vaxtlar koronavirus pandemiyası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də bu virusun ümumiyyətlə mövcud olmaması haqda şayiələrdir. Bəzi şəxslər dünyada belə bir xəstəliyin olmadığını, qlobal güclərin hansısa maraqlar naminə bunu uydurduğunu iddia edirlər.

Leqal.info xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən əməkdar jurnalist, politoloq Aynur Camalqızı bu məsələdə ölkəmizdə informasiya siyasətində yol verilmiş yanlışların da rol oynadığını deyib. O, ayrı-ayrı şəxslər tərəfindən virusla bağlı həqiqətlərin gizlədilməsinin pandemiyanın daha da yayılmasına gətirib çıxardığını bildirib: