Türkiyədə hərbi avtomobilin aşması nəticəsində bir əsgər şəhid olub, 3 hərbçi yaralanıb.

Leqal.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində baş verib.

Hərbi maşının idarəetmədən çıxaraq aşması nəticəsində bir əsgərin şəhid olduğu, 1-i ağır olmaqla 3 əsgərin yaralandığı açıqlanıb.

Yaralı əsgərlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Leqal.info