Açıq şəraitdə keçən görüşdə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını vurğulayan icra başçısı və deputat ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal topladıqlarına görə məzunları və onların valideynlərini təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Sonra 600 baldan yuxarı nəticə göstərmiş şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunları İsayev Allahverdi Elmar oğluna və İslamov İlkin Səbuhi oğluna İcra Hakimiyyətinin başçısı və Millət vəkili tərəfindən təşəkkürnamə və hədiyələr təqdim olunub.