Mingəçevirdə 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Goranlı kənd sakini Sabir Səlman oğlu Nəbiyevi zavodda söküntü işləri apararkən elektrik cərəyanı vurub.

Hadisə nəticəsində 34 yaşlı kişi dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info