“Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb. Bu məntəqələrin əksəriyyətində kənarlaşmalar müşahidə olunub və vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.
Leqal.info xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda “Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı şikayətlərə dair sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, hazırda əldə olunan məlumatlar tədqiq edilir: “Tərəfimizdən tədbirlər planı hazırlanır və yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək”.
Xidmət rəsmisi həmçinin əlavə edib ki, yanacağın keyfiyyətində problemlər var: “Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. Hazırda standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.
Xatırladaq ki, Azərbaycanda “Ai-92” markalı benzinin satış qiyməti Tarif Şurasının 2021-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Həmin qərarla “Ai-92”nin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır.
“Ai-92”nin keyfiyyətində problemlər var
17
fevral
15:59

Qarabağ
KOMMENTLƏR
- Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb
- Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlandı
- “Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür”
- Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdi
- Əli Əsədov iclas keçirdi
- “Gəlib yoxlasınlar, biz qanunlarla işləyirik”
- “Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama
- Prezident onlayn Zirvə toplantısında çıxış edib
- “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər”
- “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
- “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın?!”
- İrəvanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
- Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib
- Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb?
- Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
- “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
- “Biz hər hansı bir çevrilişə qarşıyıq”
- Yoluxanların sayı artdı
- Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
- Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi
- Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım