Cəlilabad rayonunda yol qəzası olub.

Leqal.info xəbər verir ki, qəza köhnə Ələt-Astara magistralında baş verib. İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info