Bunu “Report”a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq: “Təxminən, 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlanacaq. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq”.
Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub: “Bu artımlar həmin sosial islahatların məntiqi davamı olacaq”.