Leqal.Info

SON DƏQİQƏ

Barmaqlarınızda tez-tez keyimə olur? - DİQQƏT

Barmaqlarınızda tez-tez keyimə olur?
9-12-2019, 02:50 79 025 dəfə baxılıb

Barmaqlardakı keyimə ciddi xəstəliklərdən xəbər verə bilər.

Leqal.info Saglamolun.az-a istinadən bildirir, barmaqların keyiməsi onurğa sütünu yırtıqlarına işarə edə bilər.

Eyni zamanda bu simptom ürək xəstəlikləri, qan dövranının pozulması, aterosklerozdan xəbər verə bilər.

Bəzən bu simptom orqanizmdə B qrupu vitaminlərinin çatışmazlığına işarə edir.

Barmaqların keyiməsi şəkərli diabetin də əlaməti ola bilər. Şəkərli diabet zamanı qan dövranı pozulur, sinirlər zədələnir nə nəticədə barmaqlarda keyimə, hissiyyatın azalması kimi simptomlar meydana çıxır.

Barmaqların keyiməsi karpal tunel sindromunun əsas əlamətidir. Bu sindrom zamanı biləkdən keçən sinir sıxılır ki, barmaqlarda keyimə və ağrı əmələ gəlir.

Bütün bunları nəzərə alaraq həkimlər barmaqları mütəmadi keyiyənlərə müayinədən keçməyi tövsiyə edir.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI