Baş ağrısı ən yayılmış pozulmalardan biridir.

Baş ağrısının 300 qədər müxtəlif səbəbi var - düzgün seçilməmiş eynək və ya linzalardan başlayaraq beyin şişlərinə qədər. Bu yazıda sizə baş ağrıların ən yayılmış səbəblərini təqdim edirik:

Gicqalarda ağrı

Belə ağrıların səbəbi kəllə daxili damarların həddindən artıq genişlənməsi, intoksikasiyalar, soyuqdəymə və infeksiyalar, qadınlarda menstruasiya qabağı sindrom.

Ənsə nahiyəsində ağrı

Bunun səbəbi təzyiqin kəskin qalxması ola bilər. Bu zaman insan ürəkbulanması hiss edir, qusma ola bilər.

Alın nahiyəsində ağrılar

Bunun səbəbi bir çox hallarda sinusitlər (haymorit və s.), görmə apparatının patologiyaları və aşağı təzyiq olur.

Kəmərləyici ağrılar

Ağrı küt və sıxıcı olur. Belə ağrının səbəbi gərginlikdir. Adətən belə ağrılar gərgin əqli fəaliyyəti ilə məşğul olan, uzun müddət ərzində kompüterdə işləyən insanlarda inkişaf edir.

Belə ağrının digər səbəbi stresdir.

Başın bir tərəfində ağrılar

Adətən bunun səbəbi miqrendir. (Saglamolun.Az)

Leqal.info