Leqal.Info

SON DƏQİQƏ

Yezidə lənət oxumaq olarmı?

Yezidə lənət oxumaq olarmı?
1-10-2017, 22:00 407 dəfə baxılıb

Oxucu sual verir: Yezidə lənət oxumaq olarmı?

Alimlərin Yezidə lənət oxumaq barədə görüşləri fərqlidir. Yezidin günahkar, şərabxor, əxlaqsız, meymunbaz, qəddar bir adam olması, Allahı, vəhyi, Quranı inkar etməsi tarixi mənbələrdə inkarolunmaz faktlarla təsbit edilib. Bununla belə, alimlərin bir qismi onu günahkar sayır, amma lənətə layiq bilmirlər. Bəziləri hətta Yezidin sonradan peşman olub tövbə etdiyinə inanırlar. Bəzi alimlər isə Yezidin Kərbəla faciəsində əli olduğu barədə məlumatları yetərli saymırlar. Şiə məzhəbli alimlərin hamısı Yezidi lənətə layiq bilir, hətta ona lənət söyləməyi müsəlmanların vəzifəsi hesab edirlər. Əhli-sünnə alimlərindən bir qismi Yezidə lənət oxumuş və öz kitablarında bunu təşviq etmişlər (məsələn, Əhməd ibn Hənbəl, Alusi, Süyuti, Təftazani, İbn Covzi, Şovkani, Yafei və b.). Qəzzali, İbn Teymiyyə, İbn Həcər Heysəmi kimi bəzi alimlər isə Yezidin hərəkətlərini məzəmmət etməklə yanaşı, ona lənət söyləməyə icazə verməmişlər. (islam.az)

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI