“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo PBS telekanalına açıqlamasında Türkiyənin “Barış pınarı” adı altında həyata keçirdiyi antiterror əməliyyatına münasibət bildirərkən deyib.

“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var. Bunu əvvəllər də demişik. Mən şəxsən də bildirmişəm. Türkiyənin cənub bölgəsində terror təhdidi var”, - deyə M.Pompeo qeyd edib

O, ABŞ-ın bundan sonra da Suriyada terrorçu İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyini bildirib.