Leqal.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş İƏT-in Xankəndidə keçirilən 17-ci zirvə görüşü çərçivəsində baş tutub.
Pakistan xarici işlər naziri də görüşlə bağlı sosial media hesabında paylaşım edib. Nazir bildirib ki, iranlı həmkarı ilə Pakistan-İran əlaqələrini müzakirə edib: “Bölgədəki mövcud vəziyyəti və hadisələri müzakirə etdik. Baş verə biləcək hər hansı dəyişikliklə bağlı bir-birimizi xəbərdar etməyə razılaşdıq. Biz güclü Pakistan-İran əlaqələrinə sadiqliyimizi təsdiqlədik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə razılaşdıq”.
Leqal.info