Meksika təhlükəsizlik qüvvələri Koauila ştatında yerləşən Vilya-Union bələdiyyəsində polislərə hücumda iştirak edən 7 nəfəri məhv edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə bölgənin parlamenti açıqlama verib.

Bildirilib ki, cinayətkarlardan bir neçə silah, o cümlədən tüfəng, döyüş sursatı və üç avtomobil götürülüb.

Vilya-Union rayonunda hücum "Şimal-şərq karteli" cinayətkar birliyinin üzvləri tərəfindən həyata keçirilib. Hücum nəticəsində narkotik kartelinin 10 ehtimal edilən silahlısı və 4 hüquq-mühafizə orqanlarının əməkdaşı, daha 6 nəfər polis yaralanıb.