Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Leqal.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.

“Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib.

*** 18:32

Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.