Son 24 saat ərzində Ermənistanda 230 nəfərdə COVID-19 infeksiyası qeydə alınıb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla respublikada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 5271-ə çatıb.

Son 24 saatda isə bu səbəbdən 3 nəfər həyatını itirib. Beləliklə Ermənistanda koronavirusdan ölənlərin sayı 67 nəfər olub.