Leqal.Info

SON DƏQİQƏ

ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq - Donald Tramp

ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq
8-07-2020, 21:24 64 510 dəfə baxılıb

ABŞ-da koronavirusla bağlı vəziyyət göstərilən səylər nəticəsində bir ay ərzində yaxşılaşacaq.

"Leqal.info"nun məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp mətbuata müsahibəsində deyib.

O, ölkədə pandemiya ilə mübarizənin səmərəli davam etdiyini deyib:

"Hesab edirəm ki, iki, üç, dörd həftə sonra biz növbəti dəfə görüşəndə, hər kəs daha yaxşı formada olacaq".

D.Tramp etiraf edib ki, pandemiya ilə bağlı məhdudiyyətər yumşaldıldıqdan sonra bir çox ştatlarda, o cümlədən Kaliforniya və Floridada yoluxma sayında kəskin artım müşahidə olunub.

Qeyd edək ki, bu günədək ABŞ-da 3 milyona yaxın şəxs koronavirusa yoluxub, 131 mindən çox xəstə həyatını itirib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI