Rusiyada könüllülərin yeni növ koronavirusa qarşı poyvəndlənməsi prosesi 5-7 sentyabrdan başlanacaq.

Leqal.info xəbər verir ki, bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib. Onun sözlərinə görə, peyvəndlənmə qeydiyyatdan sonrakı araşdırmalar çərçivəsində paytaxtın 9-10 klinikasında aparılacaq. Daha sonra isə klinikaların sayı 20-yə çatdırılacaq. Vaksinlər klinikalara 3-4 sentyabrda çatdırılacaq, qeydiyyata alınan könüllülər isə lazımi analizlərdən keçəcəklər.

5-7 sentyabrda isə həmin könüllülər peyvənd olunacaqlar.