ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində yaralıların sayı 116 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Henri Makmaster bildirib.

Bundan əvvəl 2 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilirdi.

Qəza zamanı Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında 139 sərnişin və 8 ekipaj üzvü olub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

***

18:28

Bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında olan 2 nəfər ölüb, 70-ə qədər insan xəsarət alıb.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb. Bir neçə vaqon relsdən çıxıb.