Almaniyada koalisiya hökumətinin qurulacağı dəqiqləşib.

APA-nın ZDF telekanalına istinadən verdiyi məlumata görə, sosial-demokratlar Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı / Xristian-Sosial İttifaqı ilə birgə yeni hökumət qurulmasına razılıq verib.

Fevralın 20-dən martın 2-dək poçt vasitəsi ilə keçirilən və 463 min partiya üzvündən 380 mininin iştirak etdiyi səsvermənin nəticələri bu gün məlum olub. Sosial demokratların 66,02 faizi "Böyük koalisiya"nın qurulmasına müsbət yanaşıb.

Bundan əvvəl A. Merkelin rəhbərlik etdiyi koalisiya razılaşmasını dəstəkləyib.

Qeyd edək ki, Almaniya Bundestaqına seçkilər 2017-ci ilin sentyabr ayında keçirilib və seçkilərdən sonra koalisiya qurulması ilə bağlı danışıqlar başlanıb. Fevralın 7-də koalisiya qurulması ilə bağlı layihə razılaşdırılıb.