Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin nüvə obyektlərində yoxlama aparılmasına razılıq verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Kim Çen In bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı bildirib.

Məlumata əsasən, Kim Çen In bildirib ki, istənilər nüvə obyektində yoxlama aparıla bilər. Bu isə öz növbəsində Koreya yarımadasının denuklearizasiya prosesində KXDR-nın müsbət niyyəti haqqında xəbər verir.