Hər il Həcc ziyarəti öncəsi səhiyyə xidmətləri əsas müzakirə mövzularından birinə çevrilir.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, zəvvarlar arasında daha çox halsızlıq, əzələ problemləri, soyuqdəymə, qusma və.s problemlər müşahidə edilir.

Həkimlər zəvvarlara günün ən isti saatlarında gəzməməyi tövsiyyə edir. Həmçinin, su, meyvə və yaşıl tərəvəzlər tükətməyi məsləhət görür.

Həcc zamanı digər risk isə yoluxucu xəstəliklərin olması ehtimalıdır. “İslam-today” saytının məlumatına görə, Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Rusiyadan gedəcək zəvvarlara bu barədə xəbərdarlıq edib.

Bildirilib ki, yoluxucu xəstəliklərin hökm sürdüyü ölkələrdən, xüsusilə Yəməndən gələcək zəvvarlar arasında kolera virusu daşıyıcısı ola bilər. Zəvvarların şəxsi sağlamlıqlarını qoruması üçün çağırış edilib

Məlumat üçün bildirək ki, 2015-ci ildən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə aclıq və susuzluq səbəbindən müxtəlif yoluxucu xəstəliklər yayılıb.